2010-cu il aprelin 14-də M.Qorki adına MSKF-də N.Nərimanovun 140 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi. Gecədə N.Nərimanovun həyat yoluna, ədəbi fəaliyyətinə nəzər salındı, onun Azərbaycan xalqının tarixində, ədəbiyyatında göstərdiyi xidmətlər qeyd olundu.
Kitabxananın direktoru N.Ələkbərova N.Nərimanovun xalqımızın tarixinə görkəmli ictimai-siyasi xadim, maarifpərvər şəxs, yazıçı, publisist, həkim kimi daxil olduğunu vurğuladı.
Gecədə məktəblilərin ifasında ədibin əsərlərindən parçalar səsləndi, dramlarından səhnələr canlandırıldı.
Tədbirdə N.Nərimanovun həyat və yaradıcılığını əks etdirən sərginın nümayişi oldu. Sərgidə N.Nərimanovun seçilmiş əsərləri, Elçinin “N.Nərimanov: Şəxsiyyəti və fəaliyyəti”, S.Əhmədovun “Azərbaycan tarixindən yüz şəxsiyyət”, T.Əhmədovun ”N.Nərimanovun dramaturgiyası”, “N.Nərimanovun yaradıcılıq yolu” və başqa tədqiqat əsərləri oxucuların diqqətinə çatdırıldı. Gecədə səslənən Azərbaycan xalq musiqi tədbirə xüsusi ovqat bəxş etdi.
2010-cu il aprelin 24-də Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu Səbail rayonu 189 saylı orta məktəblə birgə müharibə veteranları ilə görüş keçirdi. Tədbirdə Böyük Vətən müharibəsi cəbhələrində öz igidlikləri ilə fərqlənmiş Səbail rayonu Veteranlar Şurasının üzvləri xatirələrini söylədilər. Görüşdə məktəbin yuxarı sinif şagirdlərinin ifasında müharibəyə həsr olunan şerilər və mahnılar səsləndi. Tədbirin sonunda “Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı” adlı sənədli filmin nümayişi oldu.
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun əməkdaşları tərəfindən hazırlanan “9 May-Qələbənin 65 illiyi” adlı geniş kitab sərgisi və foto-stend tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
2010-cu il mayın 3-də M.Qorki adına MSKF-də dramaturq Ə.Haqverdiyevin 140 illik yubileyinə həsr olunan gecə keçirildi. Tədbirdə iştirak edən ədəbiyyatsevərlər ədibin həyatı və yaradıcılığı haqqında geniş və maraqlı məlumatlar əldə etdilər. Gecədə çıxış edən ədəbiyyat və teatr xadimləri Ə. Haqverdiyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu, onun maarifçilik və tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirərək yaradıcılığının bu günümüzlə bağlılığını xüsusi vurğuladılar.
Tədbirdə məktəblilərin ifasında yazıçının əsərlərindən parçalar səsləndi. Gecədə, həmçinin, dramaturqun həyat və yaradıcılığını əks etdirən kitab sərgisinin nümayişi oldu.
2010-cu il aprelin 24-də Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu Səbail rayonu 189 saylı orta məktəblə birgə müharibə veteranları ilə görüş keçirdi. Tədbirdə Böyük Vətən müharibəsi cəbhələrində öz igidlikləri ilə fərqlənmiş Səbail rayonu Veteranlar Şurasının üzvləri xatirələrini söylədilər. Görüşdə məktəbin yuxarı sinif şagirdlərinin ifasında müharibəyə həsr olunan şerilər və mahnılar səsləndi. Tədbirin sonunda “Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı” adlı sənədli filmin nümayişi oldu.
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun əməkdaşları tərəfindən hazırlanan “9 May-Qələbənin 65 illiyi” adlı geniş kitab sərgisi və foto-stend tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
2010-cu il mayın 5-də M.Qorki adına MSKF-də ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Səbail rayonu 189 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Heydər Əliyev dühası əbədiyaşardır” adlı tədbir keçirildi.
Tədbirdə müasir Azərbaycan dövlətinin memarı H.Əliyevin şanlı həyat yolu, geniş fəaliyyəti, xalqımızın tarixində misilsiz və əvəzedilməz rolu haqda məktəblilərə məlumat verildi, müdrik dövlət xadiminin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün gördüyü işlərdən danışıldı.
Tədbirdə çıxış edənlər gənclərin milli-vətənpərvərlik tərbiyəsinin yüksəlməsində H.Əliyevin xidmətlərini qeyd edərək, onların sağlam vətəndaş kimi böyüməsi, layiqli övlad kimi yetişməsinin ümummilli liderimizin arzusu olduğunu vurğuladılar, ulu öndərimizin iftixarla dediyi- “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır. Çünki Azərbaycan Respublikasının prezidenti olaraq bu gün haqqında deyil, Azərbaycanın böyük gələcəyini düşünürəm. Azərbaycanın gələcəyi də uşaqlardan asılıdır” fikrini bir daha məktəblilərin diqqətinə çatdırdılar.
Azərbaycan Milli Mədəniyyətinın Müdafiəsi və Qorunması Fondunun sədr müavini Amaliya Rza qızı ümummilli liderlə bağlı xatirələrini danışdı. Tədbirdə ulu öndərə həsr olunan mahnılar səsləndi, videogörüntülər nümayiş olundu. Rəhbərin həyat və fəaliyyətini əks etdirən foto-stend və kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Nasir, dramaturq Sabit Rəhmanın anadan olmasının 100 illiyi münasibətilə aprelin 6-da M.Qorki adına MSKF-də kecirilən ədəbi-bədii gecəyə elm və sənət adamları, yazarlar, kitabxana işçiləri, dramaturqun yaradıcılığı ilə yaxından tanış olan teatr və kitab həvəskarları toplaşmışdılar.
Tədbirdə çıxış edənlər dramaturqun yaradıcılıq yolu haqqında dəyərli fikirlər söylədilər. Sənətkarın həyat və fəaliyyətinə nəzər salan alim və yazıçılar onun zəngin ədəbi irs qoyub getdiyini, bu irsin geniş tədqiqat mənbəyi kimi əhəmiyyət daşıdığını xüsusi vurğuladılar. Onlar Sabit Rəhmanı komediya banilərindən biri kimi qiymətləndirərək həmin janrın estetik tələblərinə cavab verən dramaturqun ilk əsəri olan “Toy” satirik komediyasında inkişafa, tərəqqiyə mane olan cəhətlərin, bürokratizm, lovğalıq kimi eybəcərliklərin Kərəmov surətində ümumiləşdirilməsini sənətkarın maraqlı bədii tapıntısı kimi dəyərləndirdilər, onun “Arşın mal alan”, “Koroğlu”, “Əhməd haradadır?” kinofilmlərinin ssenarisi, “Ulduz”, “Hicran” komediyalarının libretto müəllifi kimi uğurlu işindən söz açdılar.
Tədbirdə sənətkarın komediyalarından kiçik səhnələr oynanıldı və kinofilmlərdən parcalar göstərildi. Gecədə dramaturqun əsərlərindən ibarət kitab sərgisinin nüayişi oldu.
Martın 31-də M.Qorki adına MSKF-də 31 mart soyqırımının 92-ci ildönümü qeyd olundu. Kitabxananın direktoru N.Ələkbərova erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri məqsədyönlü soyqırımı və deportasiya siyasətinin xalqımızın tarixinə ağrılı səhifələr kimi daxil olduğunu vurğulayaraq soydaşlarımızın başına gətirilən faciələr haqqında məlumat verdi. Qeyd olundu ki, ermənilər tərəfindən doğma torpaqlardan qovulmuş soydaşlarımızın insan hüquqları kütləvi şəkildə kobudcasına pozulmuş, onlar qeyri-insani rəftarla etnik təmizləməyə məruz qalmışlar.
Kitabxananın Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri R.Əliyeva 31 mart azərbaycanlıların soyqırımı hadisələrindən -1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və vandalizm aktları barədə danışdı və bu cinayətlərin səbəb və məqsədlərini açıqladı.
Tədbirdə uşaq və gənclərin çoxsaylı sualları cavablandırıldı. Həmçinin 31 mart azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” adlı kitab sərgisinin də açılışı oldu. Sərgidə erməni quldurlarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımı və təcavüz siyasətinin mahiyyətindən, ümumiyyətlə, yağı düşmən tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən əsərlər öz əksini tapmışdı.
 |
Martın 19-da M. Qorki adına MSKF-də Novruz şənliyi keçirildi. Kitabxanada əsl bayram əhval-ruhiyyəsi vardı. Novruz xonçası bəzədilmiş, süfrəyə yaşıl səmənilər düzülmüşdü. Hamının üzündə bayram sevinci hiss olunurdu. Kitabxananın direktoru Nüşabə Ələkbərova kollektiv üzvlərini və qonaqları bu əziz bayram münasibətilə təbrik etdi, onlara xoşbəxtlik, bahar təravətli həyat və gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Nüşabə xanım Novruz bayramı haqqında fikirlərini ifadərək dedi ki, Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.
Ulu öndər Heydər Əliyev Novruz bayramını belə səciyyələndirib: -Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır.”
Kitabxananın oxucusu Sabir Məmmədov Novruz ənənələrinin tarixi köklərindən söz acdı və maraqlı məlumatlarla tədbir iştirakçılarının bu bayram haqqında düşüncələrini daha da zənginləşdirdi.
Bayram şənliyində baharı vəsf edən şeirlər səsləndi. Hamı gözəl milli musiqimizdən zövq alaraq şənləndi.
Fevralın 26-da kitabxanada Xocalı faciəsinin qurbanlarını anma mərasimi keçirildi. Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi yad edildi.
Tədbiri kitabxananın direktoru Nüşabə Ələkbərova açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin 366-cı motoatıcı alayın köməyi ilə törətdikləri Xocalı faciəsi haqqında məlumat verdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verildiyini vurğuladı.
Mərasimdə çıxış edən kitabxananın işçisi Nazilə İmranlı Xocalıda erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından və şəhəri müdafiə edərək qəhrəmanlıqla həlak olmuş xocalılardan söz açdı. Sonra “Xocalı soyqırımı-əsrin faciəsidir” adlı sərgiyə baxış oldu. Sərgidə faciəyə həsr olunmuş kitab, jurnal və qəzet materialları nümayiş etdirildi.
Yanvarın 19-da M.Qorki adına MSKF-də 20 Yanvar faciəsinin 20-ci ildönümü qeyd olundu, şəhidlərimizin xatirəsi ehtiramla yad edildi. Kollektivin bütün üzvləri “Şəhidlər xiyabanaı”nı ziyarət etdilər, şəhid qəbirləri üzərinə qırmızı qərənfillər qoydular.
Kitabxanada o qanlı hadisələri əks etdirən foto-stend və kitab sərgisi hazırlandı. Oxucular və kollektivin üzvləri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
|