|
Kitabişləmə və
komplektləşdirmə şöbəsi
- Ədəbiyyatın texniki cəhətdən işlənməsi kitabı şəxsi kitablardan
fərqləndirməyə, hansı kitabxanaya və fondun hansı şöbəsinə aid olduğunu,
rəfdə tutduğu yeri, hansı kataloqa daxil edildiyini aydınlaşdırır.
Səyyar şöbə
– Bakıda yerləşən bir sıra müəssisə, idarə və təşkilatlarda, yaşayış
sahələri nəzdində kitabı oxuculara çatdırır. Səyyar kitabxanaçı işlədiyi
məntəqələrdə yeni kitabların icmalı ilə oxucuları tanış edir.
Kütləvi şöbə
- Dövlət bayramlarına, əlamətdar günlərə, yubileylərə, kitab
təqdimatlarına həsr olunmuş müxtəlif tədbirləri təşkil edir.
Azərbaycan abonement şöbəsi
– Azərbaycan dilində olan ədəbiyyatın kitabxanadan kənar istifadəsi
üçün şərait yaradır, kitabın istifadə dairəsini genişləndirir.
Rus abonement şöbəsi
- Kitabxananın fondunda rus dilində olan ədəbiyyatdan oxucuların
istifadəsini həyata keçirir.
Qiraət zalı
– Qiraət zalında elm sahələri, ədəbiyyatın növü, nəşr dilləri üzrə
müxtəlif oxucu qruplarına xidmət göstərilir. Zalda əlifba, sərlövhə,
sistemli kataloqlar, müxtəlif kartotekalar və internet şəbəkəsinə
qoşulmuş kompyuterlər oxucuların istifadəsinə verilmişdir.

|