http://baku-mskf.az

Ana səhifəElektron Kataloq Elektron KitabxanaMilli Kitabxanadan virtual xidmət  
 
 

 

XƏBƏRLƏR

 

   
“Kitabla dost ol, ən fəal oxucu ol! “ müsabiqəsi  qaliblərinin mükafatlandırılmasına həsr olunan tədbir

2009-cu il oktyabrın 27-də saat 12:00 - da M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda 2009-cu ilin Azərbaycanda “Uşaq İli” elan edilməsi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxanalarda ən fəal oxucuların müəyyən olunması  məqsədilə keçirilən  “Kitabla dost ol, ən fəal oxucu ol! “ müsabiqəsi  qaliblərinin mükafatlandırılmasına həsr olunan tədbir reallaşacaq.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, yazıçı və şairlərdən İlyas Tapdıq, Natiq Rəsulzadə, Rəhman Əlizadə, Gülzar İbrahimova, professor Gülrux Əlibəyli, hərb tariximizin tədqiqatçısı, jurnalist Şəmistan Nəzirli və başqa görkəmli elm və sənət adamları iştirak edəcək. Tədbirdən öncə dünya, həmçının Azərbaycan ədəbiyyatı nümunələrinindən ibarət geniş sərginin nümayişi olacaq. Bakı şəhəri musiqi məktəbləri şagirdlərinin ifasında hazırlanmış musiqi çələngi tədbiri daha da maraqlı edəcək.  

Mərasimdə  müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlərlə mükafatlandırılacaqlar.

Qeyd edək ki,bu müsabiqənin keçirilməsində başlıca məqsəd kitaba, mütaliəyə, kitabxanalara marağı artırmaq, uşaqların şəxsiyyət kimi formalaşmasında kitabın,kitabxanaların nə qədər əhəmiyyətli rol oynadığını bir daha diqqətə  çatdırmaqdır. Gələcəyimiz savadlı gənclərdən asılıdır. Bu işdə mütaliənin, kitabın rolu  əvəzedilməzdir.

N. Ələkbərova

naxis

Şüvəlanda 16-saylı internat məktəbdə “Dünyanı  verək uşaqlara”  adlı bayram şənliyi

 
 Mayın 27-də  Şüvəlan qəsəbəsində yerləşən 16 saylı internat məktəbində «Uşaq ili» ilə əlaqədar, həmçinin 28 May Respublika günü və 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü ərəfəsində  Bakı şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), kütləvi və uşaq kitabxanaları Direktorlar Şurasının təşəbbüsü, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə “Dünyanı verək uşaqlara” adlı tədbir keçirildi.
 

 

Tədbirdə İnternat məktəbində təlim-tərbiyə alan uşaqlara yaradıcı kollektivlərin, məzhəkəçilərin çıxışları və müğənnilərin iştirakı ilə musiqi proqramı təqdim edildi. Uşaqlar qonaqlarla birgə əyləndilər və rəqs etdilər. Sonra  uşaqlara hədiyyə kitablar, sovqatlar paylandı. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Əzizbəyov rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin ziyalılar, müxtəlif elm və peşə sahəsində çalışan ictimaiyyət nümayəndələri də iştirak etdilər.
Tədbirə  kütləvi-informasiya vasitələrinin nümayəndələri də dəvət olunmuşdu.

naxis
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda Rəhman Əlizadənin “Komediyalar” adlı kitabının təqdimatı


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 28-də M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, prezident mükafatçısı Rəhman Əlizadənin yeni nəşr olunmuş “Komediyalar” adlı kitabının ikinci cildinin təqdimatı keçiriləcək.

Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Respublikasının  xalq artistləri A. Bəşirqızı, Yaşar Nuri, Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov,  əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu,  sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, filologiya elmləri doktoru, professor Aydın Dadaşzadə, Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, teatrşünas, əməkdar mədəniyyət işçisi Atabala Hacıbabayev, ”Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə və başqa görkəmli sənət adamları iştirak edəcəklər.

Aprelin 29-da saat 19.00-da S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında dramaturqun “Vicdansız” əsərinin premyerası  olacaq.  

Əlizadə Rəhman Balarza oğlu 1947-ci il dekabrın 19-da Bakı şəhərində Mərdəkan qəsəbəsində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

İlk komediyaları olan “Kəndimizin narları”, ”Dadaşbala əməliyyatı”, ”Hamam-hamam içində”, ”Doğmalar” Şəki, Sumqayıt, Gəncə Dövlət Dram teatrları səhnələrində tamaşaya qoyulmuşdur.

” Günah” pyesinə Akademik Milli Dram  Teatrında quruluş verilib.
Dramaturqların 1988-ci ildə Moskvada kecirilən “Zaman və Qəhrəman” müsabiqəsində “Sabah çoxdan başlanıb” pyesi üçüncü mükafata layiq görülmüş, Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

Müxtəlif illərdə qələmə aldığı “Dünyanın axırı”, ”Don Kixot Abşeronski, ”Bəxtimin kələyi”, ”Damdabaca”, ”Laləli Düzən”, ”Maymaq”, ”Ay dəli...”, ”Tıq-Tıq xanım”, “Əbləhlərin toyu” və digər komediyalar Dövlət Gənclər Teatrı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı səhnələrində tamaşaya qoyulmuşdur.

1993-cü ildən 2006-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında, sonra isə Dövlət Gənclər Teatrında baş rejissor işləmişdir. Hazırda R. Əlizadə  Bakı şəhər Mədəniyyət    və Turizm İdarəsi nəzdində Satira teatr- studiyasında rejissor, Kukla Teatrında isə baş   rejissor kimi fəaliyyət göstərir.

naxis

Aprelin 10-da M.Qorki adına MSKF-də Bakı şəhər MKS, kütləvi və uşaq kitabxanalarının
Direktorlar Şuraının iş planına əsasən  Bakı səhərinin Qaradağ və Səbail rayonlarının
kitabxanalarına metodiki kömək məqsədilə seminar kecirildi.

Seminarda Kitabxana Direktorları Şurasının sədri F.Bəkirzadə, Şura üzvləri, kitabxana rəhbərləri və işçiləri iştirak etdilər. Seminarın gündəliyinə qabaqcıl  kitabxanaların iş təcrübəsinin öyrənilməsi, yeni  metodların tətbiqi, oxuculara xidmətin daha yüksək səviyyəyə qaldırılması üçün hansı işlərin həyata keçirilməsinin zəruriliyi və kitabxanaçılara faydalı olan digər məsələlər daxil edilmişdi.

İlk olaraq kitabxana fondunun direktoru Nüşabə Ələkbərova  kitabxananın  tarixi və strukturu, şöbələrin  işi haqqında  məlumat verdi.  Sonra kitabxananın şöbə müdirləri A.İbrahimova, A.Həşimova, R.Əliyeva oxuculara göstərilən məlumat-biblioqrafiya xidməti, kitabişləmə və komplektləşdirmə işi, kitabxanada keçirilən kütləvi tədbirlər, oxucularla işin forma və metodları, kitabxananın  ucotu və hesabatı, sənədləşmə işinin aparılması haqda məlumat verdilər.   

Seminarda, həmçının, M.Qorki adına MSKF-də oxucuların istifadəsinə verilmiş İnformasiya mərkəzi haqqında danışıldı,  kitabxananın saytı və elektron kataloqu iştirakçılara nümayiş etdirildi.

Təcrübə mübadiləsi zamanı seminar iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr oldu.

Tədbirin sonunda Direktorlar Şurasının sədri F. Bəkirzadə seminar haqqında öz rəyini söyləyərək bu təşəbbüsün davam etdiriləcəyini və kitabxana işində daha yaxşı göstəricilərin qazanılmasında əhəmiyyətli rol oynayacağını bildirdi.

Seminarın diğər iştirakçıları da  təcrübə mübadiləsinin   onlara ğələcək işlərinin təşkilində, məşğul olduqları sahədə müsbət nəticələrin əldə edilməsində, yol verilən nöqsanların aradan qaldırılmasında faydalı olacağı fikrini ifadə etdilər.

Növbəti seminar aprel ayının sonunda M.Sabir adına Mərkəzi Şəhər  Kitabxanasında Bakı səhərinin Binəqədi və Yasamal rayonlarının  kitabxana işçiləri üçun keçiriləcəkdir.

naxis

naxis

naxis

naxis

naxis

Bakı şəhərinin qabaqcıl kitabxanalarının iş təcrübəsinin öyrənilməsi məqsədilə kitabxana işçiləri üçün seminar keçiriləcəkdir.

Bakı şəhər MKS, kütləvi və uşaq kitabxanalarının Direktorlar Şurası Bakı şəhər Mədəniyyət  və Turizm İdarəsinin təşəbbüsü ilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən təşkilati qurumdur. Direktorlar Şurası öz fəaliyyətini Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunlarına müvafiq qurur.

Direktorlar Şurasının yaradılmasında əsas məqsəd kitabxana işi sahəsində dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və şəhər kitabxana işçilərinə əməli köməklik göstərilməsindən ibarətdir.

Direktorlar Şurası kitabxana rəhbərlərinə və işçilərinə hərtərəfli metodiki köməklik göstərir, tarixi, əlamətdar günlər, görkəmli şəxslərin yubileyləri ilə bağlı təqvim planları və tövsiyələrin hazırlanması, müntəzəm olaraq ayrı-ayrı kitabxanaların işinin öyrənilməsi və şuranın müzakiəsinə çıxarılması, kitabxanaların işi ilə bağlı meydana çıxan problemləri təhlil edərək onların həlli ilə əlaqədar Bakı şəhər Mədəniyyət  və Turizm İdarəsi qarşısında vəsadət qaldırılması, kitabxanaların fondlarına baxış keçirilməsi, köhnəlmiş və əhəmiyyətini itirmiş ədəbiyyatın fonddan silinməsi haqqında məsləhətlərin verilməsi, kitabxanaların saxlanması üçün maddi-texniki vəziyyətin öyrənilməsi, çatışmayan lazımi avadanlıqlar haqqında rəhbərliyə məlumat verilməsi kimi məsələlərlə məşğul olur.

Kitabxana işçilərinə metodiki kömək göstərmək məqsədilə 2009-cu ildə qabaqcıl kitabxanalarda seminarların keçirilməsi qərara alınmışdır. İl ərzində təşkil ediləcək bu seminarların Bakı şəhərinin bütün rayonlarındakı kitabxanaları əhatə etməklə davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

İlk seminar aprel ayında Bakı şəhəri Qaradağ və Səbail rayonlarının kitabxanalarına metodiki kömək məqsədilə M.Qorki adına MSKF-də keçiriləcəkdir.

Seminarda kitabxanaların iş təcrübəsi öyrəniləcək, yeni iş metodlarının yayılması, sənədləşmə işinin düzğün aparılması və kitabxanaçıları maraqlandıran diğər məsələlər müzakirə olunacaq, kitabxanaçılara  məsləhətlər veriləcəkdir.

“Bakı-İslam Mədəniyyəti Paytaxtı – 2009” və Uşaq ili elan edilməsi ilə əlaqədar Direktorlar Şurası üzvlərinin rəhbərlik etdikləri şəhər kitabxanalarının birgə iştirakı ilə tədbirlər planı da  işlənib hazırlamışdır.

naxis

Fevralın 6-da  M. Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və dəstəyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaxından köməkliyi ilə yaradılmış informasiya mərkəzinin açılışı oldu.

naxis

Fevralın 6-da  M. Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda
İnformasiya Mərkəzinin açılışı olmuşdur. İnformasiya Mərkəzinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”çərçivəsində həyata keçirilmişdir.  İnformasiya Mərkəzi ilə yanaşı, kitabxananın saytı və elektron kataloq istifadəçilərin ixtiyarına verilmişdir.

İnformasiya Mərkəzinin açılışında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı şəhər İcra Hakimiyyəti Aparatının, Səbail rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycam Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Rəspublika Komitəsinin sədri Cəmilə Səttarova, M.F.Axundov adına Milli kitabxananın direktoru Kərim Tahirov, Milli kitabxananın direktor müavini Mələkxanım Hacıyeva, AMEA-nın Nizami  adına Ədəbiyyat Muzeyinin  elmi katibi Məlahət Kələntərli,  ANS telekanalının aparıcı əməkdaşı Nadir Bədəlov, Azərbaycan Respublikiasının xalq artistləri Xuraman Qasımova, Azər Paşa Nemət, Ağaxan Abdullayev iştirak  etmişlər. Tədbirə Bakı şəhər kitabxanalarının direktorları, KİV-lərin və ictimaiyyətin nümayəndələri də dəvət olunmuşdu.

Açılışda MSKF-nin direktoru Nüşabə Ələkbərova  İnformasiya Mərkəzinin əhəmiyyəti, kitabxananın saytı və elektron kataloqu haqqında məlumat verərək dedi: “Azərbaycanda kitabxanaların qorunub saxlanılmasında və kitabxana siyasətinin formalaşmasında Heydər Əliyevin böyük rolu olmuşdur.

Heydər Əliyev siyasətinin layiqli davamçısı,  ölkəmizin Prezidenti İlham Əliyev mədəniyyətimizin inkişafına, milli - mənəvi dəyərlərimizin mühafizəsinə xüsusi diqqət ayırır. “Azərbaycan Respublikasında kitabxana-informasiya  sahəsinin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi  ölkə mədəniyyətinin inkişafına göstərilən  diqqət və qayğının  nümunəsidir. Proqramın əsas qayələrindən biri  informasiya texnologiyalarının tətbiqi ilə yeni xidmət növlərinin həyata keçirilməsidir. Bizim kitabxanada açılan bu İnformasiya Mərkəzi də məhz bu istiqamətdə görülən işlərdəndir. Bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə M.F.Axundov adına Milli Kitabxananın birgə həyata keçirdiyi ilk layihədir. Mərkəzin yaradılmasında əsas məqsəd əhalinin informasiyaya olan tələbatının daha geniş və operativ şəkildə  ödənilməsindən ibarətdir.

Kitabxanamızın saytı baku-mskf.az ünvanında yerləşdirilmişdir. Bu ünvana daxil olmaqla kitabxanamız haqqında  geniş məlumat əldə etmək olar.”

Milli kitabxannın direktoru Kərim Tahirov çıxış edərək qeyd etdi ki, bu bilik ocağı Azərbaycan çərçivəsində Milli Kitabxananın lokal şəbəkəsinə qoşulan  kitabxanalardan biridir. Lokal şəbəkəyə qoşulan hər hansı bir kitabxana bura daxil olmuş bütün qəzet və jurnalların materialları ilə tanış ola bilər. Kərim muəllim onu da bildirdi ki, artıq kitabxananın saytı və elektron kataloqun istifadəçilərin ixtiyarına verilməsi çox sevindirici haldır. Gələcəkdə kitabxananın özünün elektron resursları bazası formalaşacaqdır. Bununla da böyük  miqyasda kompleks xidmətlər göstərərək Azərbaycan oxucusunu bütün informasiyalarla  ətraflı və operativ şəkildə təmin etməyə nail olacağıq.

Sonda yekun sözü ilə Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev  çıxış etdi. O, 2009-cu ildə daha 4 kitabxanada, 2013-cü ilə qədər isə şəhərimizdə olan bütün kitabxanalarda informasiya mərkəzlərinin yaradılacağını bildirən Ə.Əliyev daha bir yeniliyi də nəzərə çatdırdı ki , bu il Ə. Məmmədxanlı adına kitabxanada İnfomasiya Turizm Mərkəzinin yaradılmasına başlanıb. Bir sözlə, 2013-cü ilə qədər bütün kitabxanalarda əsaslı dəyişikliklər aparılacaq. Sonda tədbir iştirakçıları kitabxananın saytı ilə yaxından tanış oldular.

 
   
   

© Copyright 2009. Sayt Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır: http://anl.az